12 C
Baku
Monday, November 4, 2024

Bakıda möhtəşəm kitabxana yaradıldı

Sonuncu dəfə kitabxanada nə vaxt olmusunuz? İnformasiya texnologiyaları əsrində kitabxanalara səfər etmək bizə bir az qəribə təsir bağışlaya bilər. Lakin bu yaxınlarda Bakıda yeni yaradılmış Azərbaycan Elmlər Akademiyasının Mərkəzi kitabxanası və İnformasiya Resursları mərkəzi bir çoxlarının marağını yenidən kitabxanalara cəlb etməyi bacaracaq.

Binanın artıq tam olaraq təhvil verilməsinə baxmayaraq, Mərkəzi kitabxana hələ ki, ziyarətçilər üzün bağlıdır və hələlik yalnızca İnformasiya resursları mərkəzi fəaliyyət göstərir.

Yeni texnologiyalarla zəngin bu kitabxanada istifadəçiləri ilk olaraq məlumat kiosku qarşılayır. Bu məlumat kioskundan kitabxana və mərkəz, binanın yaradılma tarixi, təklif edilən xidmətlər və s. barədə məlumat ala bilərsiniz. Buradaca şəxsiyyətinizi təqdim edən sənədi lazımi hücrəyə qoymaq və özünü xüsusi quraşdırılmış kameraya göstərməklə 1 illik oxucu bileti əldə edə bilərsiniz.  Qeyd edək ki, kitabxananın ilk oxucu bileti prezident İlham Əliyevə təqdim edilmişdir. Bütün bu xidmətlər mərkəzə əlil arabasında gəlmiş şəxslər üçün də nəzərdə tutulub.

Bundan əlavə görmə məhdudiyyəti olan insanlar üçün də xüsusi oxu zalı mövcuddur.

Mərkəzi Kitabxananın yeni binası 6 mərtəbədən ibarətdir. Bu mərtəbələrdən biri yeraltı mərtəbədir. Burada 3,5 milyon kitab üçün nəzərdə tutulmuş kitab saxlama məkanı yerləşir. Daha 500 min müxtəlif nəşr isə yuxarı mərtəbələrdə, 14 oxu zalında saxlanılacaq.

Qeyd edək ki, EA-nın Mərkəzi Kitabxanasının yaradılması barədə sərəncam İlham Əliyev tərəfindən 19 aprel 2011-ci ildə imzalanmışdı. Həmin ilin noyabrında da prezident yeni yaradılacaq binanın fundamenti qoymuşdu.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

 

21

22

23

24

25

26

27

28

29

30

 

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.