6 C
Baku
Sunday, December 15, 2024

Bakıda MTK cərimələnir

Azərbaycanda fəaliyyətdə olan Mənzil-Tikinti Kooperativi “Mahal Konstruktion” MTK əmək müqaviləsi olmadan işçilərini işlətdiyi üçün cərimələnə bilər.

Banker.az bu barədə əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi protokol tərtib edərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərib.

192.1-ci maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə cərimə edilirlər.

Burada fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “Mahal Konstruktion” MTK 2014-cü ildə yaradılıb, Bakı şəhəri Nəsimi rayonu, Ənvər Qasımzadə, ev 72, m 10 ünvanında qeydiyyatdadır. Şirkətin nizamnamə kapitalı 300 manat olmaqla ona Şükran Rəhimov Fədai oğlu qanuni təmsilçilik edir.

Son xəbərlər
Digər xəbərlər