Bakıda şirkətdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da “GM Construction” şirkətinə məxsus 14 000 manat dəyərində 665 ədəd dəmir dirəkləri oğurlamaqda şübhəli bilinən oranın mühafizəçisi L. Yaqubov saxlanılıb.