10 C
Baku
Thursday, December 12, 2024

Bakıda nazir müavini qəzaya düşdü

Dünən Nəsimi rayonu ərazisində – “Yeganə” şadlıq sarayının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Yüksək sürətlə hərəkət edən 90-FH-005 nömrə nişanlı “BMW” markalı avtomobil “Hyundai Santafe” markalı avtomobilə çırpılıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza baş verdikdən dərhal sonra “BMW”dəki sərnişin başqa avtomobilə əyləşərək ərazini tərk edib.

Daha sonra o, yol polisi ilə danışıb. “Hyundai Santafe”nin sahibi əraziyə yol polislərini dəvət etsə də, gələn olmayıb.

Bir qədər sonra yol polisi əvəzinə Post Patrul Xidmətinin əməkdaşları təşrif buyurublar.

Onlar avtomobilləri kənara çəkərək, yolu təmizləməyi göstəriş veriblər.

Zərərçəkən sürücü etiraz etdikdə, ona bildirilib ki, ərazidə kamera var və sabah (bu gün – red.) təqsirin kimdə olduğu kameralara baxılıb müəyyənləşdiriləcək.

Məlum olub ki, 90-FH-005 nömrə nişanlı “BMW” fövqəladə hallar nazirinin birinci müavini, general-leytenant Rəfail Mirzəyevin xidməti avtomobilidir.

Avtomobili etibarnamə ilə Cəlilov Azad Eynulla oğlu idarə edir.

Mənbəoxu.az
Son xəbərlər
Digər xəbərlər