Neft, qaz, mədən avadanlıqlarının istehsalı üzrə ixtisaslaşdırılmış “Bakı Neft Mədən Avadanlıqları” ASC-nin 2021-ci ildə gəlirlərinin azalmasına görə xalis mənfəətini azaldıb.
Bu barədə Banker.az zavodun illik maliyyə hesabatına istinadən xəbər verir.
Zavod açıqlayıb ki, 2021-ci ildə cəmi 897 048 manatlıq əsas əməliyyat gəliri əldə edib, bu da 2020-ci illə müqayisədə 22% azdır. Satışların maya dəyəri isə 888 966 manat olub və beləliklə, 2021-ci ildə ümumi mənfəəti 8 082 manata (2020: 91 367 man.) düşüb. 1 617 manat mənfəət vergisi xərcindən sonra onun xalis mənfəəti 6 466 manat (46 055 man.) olub.
Bu xalis mənfəətdən sonra onun 1 yanvar 2022-ci il tarixinə bölüşdürülməmiş mənfəəti 159 778manat olub, bu öncəki ildə 201 658 manat idi. Bölüşdürülməmiş mənfəətin azalmasına səbəb isə səhmdarlara ödənilən 247 739 manatlıq dividend olub.
Qeyd edək ki, “Bakı Neft Mədən Avadanlıqları” ASC-nin səhm kapitalı 765 876 manatdır. Şirkətin 50-dən çox səhmdarı vardır.