5 C
Baku
Monday, December 30, 2024

Bakıda neft məhsullarının qanunsuz satışının qarşısı alınıb

Yanğın təhlükəsizliyi qaydalarının pozulmasının qarşısı alınıb.

Banker.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN-ə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində Qasımov Akif Babaş oğlu və Zərbəliyev Sənan Əhmədşah oğlu tərəfindən yanğın təhlükəsizliyi qaydaları pozulmaqla ayrı-ayrı ünvanlarda şəxsi avtomobillərində daşına bilən qablarda qanunsuz neft məhsullarının satışının həyata keçirilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən operativ tədbirlər həyata keçirilib.

Belə ki, keçirilmiş tədbirlər zamanı həqiqətən də vətəndaşlar A.Qasımov və S.Zərbəliyev tərəfindən yanğın təhlükəsizliyi tələblərinə zidd olaraq neft məhsullarının kustar üsulla plastik qablara doldurularaq qanunsuz satışının həyata keçirilməsi faktı öz təsdiqini tapıb.

Aşkar olunan faktın insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, FHN əməkdaşları tərəfindən yanacaq satışının qarşısı dərhal alınıb və tərtib olunmuş akt hər iki vətəndaşa təqdim edilib. Bununla yanaşı, yanğın təhlükəsizliyi ilə bağlı vətəndaşlarla profilaktik söhbət aparılıb.

Son xəbərlər
Digər xəbərlər