23 C
Baku
Friday, July 4, 2025

Bakıda nöqsanları aradan qaldırmayan kafenin fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küç., ev 7, mənzil 47 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Həsənov Zəfər Faiq oğluna məxsus “Jalə” kafesində aparılan təkrar yoxlama zamanı nöqsanların aradan qaldırılmadığı müəyyən edilib. Belə ki, müəssisədə çirkli suların birbaşa mərkəzi kanalizasiya sisteminə axıdıldığı, mətbəxdə ayrıca yuma sahəsinin mövcud olmadığı və havalandırma sisteminin quraşdırılmadığı, həmçinin işçi heyətin dövri tibbi müayinədən keçmədən fəaliyyət göstərdiyi aşkar olunub.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Jalə kafe

Jalə kafesi

Son xəbərlər
Digər xəbərlər