Bakıda ödəmə terminalından pul oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qala qəsəbəsində yerləşən marketlərin birində quraşdırılan “E-Manat” ödəmə terminalından 1 000 manat pul, digər mağazadan isə 211 manat pul, 1 289 manat dəyərində tütün məmulatı, alışqan və ətir oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri İ.Mirzəyev və əvvəllər məhkum olunmuş F.Sədullayev müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.