2023-cü ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1172.4 manat təşkil edib.
Banker.az bu barədə Rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 9.9 faiz artımdır.
Qeyd edək ki, ötən ilin eyni dövründə orta aylıq nominal əməkhaqqı 1066.9 manat təşkil edib.