2021-ci ilin yanvar-avqust aylarınin ilkin məlumatlarına əsasən işçilərin orta aylıq nominal əməkhaqqı 943.3 manat olub.
Banker.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Bu ilin 8 ayında Bakıda əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 0.5 faiz azalıb.
Xatırladaq ki, 2021-ci ilin yanvar-iyul aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 0.1 faiz azalaraq 948 manat təşkil edib.