22 C
Baku
Wednesday, June 11, 2025

Bakıda orta aylıq əməkhaqqı açıqlanıb

Bu ilin yanvar-mart aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 357,3 manat təşkil edib.

Banker.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-mart ayları ilə nisbətən 9,1 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10 % artaraq 1 083,8 manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər