2025-ci ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1303,2 manat təşkil edib.
Banker.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verir.
Belə ki, Bakıda orta aylıq əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 5.9 faiz artıb.
Bu ilin yanvarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1332.6 manat olub ki, bu da aylıq müqayisədə 29.4 manat azalmadır.