2024-cü ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7.4 faiz artaraq 1255.5 manat təşkil edib.
Banker.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verir.
2024-cü ilin yanvar-oktyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 1251.6 manat olub. (aylıq müqayisədə 3.9 manat artım)