4 C
Baku
Sunday, December 4, 2022

Bakıda ötən il 3.4 milyon manat sərmayə ilə yaradılmış otel şirkəti ləğv edilir

Azərbaycanda böyük hotelçilik şirkəti ləğv edilir.

Banker.az xəbər verir ki, “Hotel Investments” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 2 ünvanına bildirə bilərlər.

Şirkət 2021-ci ilin 30 iyununda təsis edilib və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Bakı şəhəri Yasamal rayonu, İzmir, ev 2 ünvanında dövlət qeydiyyatına alınıb.

“Hotel Investments” MMC 3 400 000 manat nizamnamə kapitalına sahibdir və qanuni təmsilçisi Kamran Heydərov Avtandil oğludur.

Son xəbərlər
Digər xəbərlər
X