Bakı şəhərində halhazırda parkinq xaosu yaşanmaqdadır. Dayanma və durmaq qaydalarını pozmağa görə cərimə yazılması DYP inspektorlarından alındıqdan sonra, DYP inspektorları bu qayda pozuntularına göz yumurlar. Şəhərdə kim, harada , nə zaman istəyir saxlayır. Səlahiyyətlər verilmiş BNA isə hələlik cərimələmə sistemini işə salmayıb.
Banker.az bildirir ki, günün istənilən saatında şəhərin mərkəzi küçələri avtomobillər tərəfindən zəbt edilir. F. Xoyski pr-də metronun “Gənclik” stansiyasının yanında 3 parkinq yeri olsa da , sürücülər avtobus dayanacağı daxil yolun hərəkət hissəsini zəbt edirlər. Eyni vəziyyət Neftçilər pr-də, Bülbül və digər küçə və prospektlərdə də baş verir. Bundan savayı isə bəz “işbazlar” dövlətə vergi ödəmədən əllərində hansısa uydurma bir cihazla sürücülərdən 1 manat pul alırlar.
Öncə bu parkomatlar Bakı şəhər icra hakimiyyətinin balansında idi. Halhazırda bu parkomatılar çalışmır və tezliklə ləğv ediləcəklər. lakin bu parkomat zonalarında əllərində cihaz və Bakı şəhər icra hakimiyyətinin loqosu olan formada sürücülərdən pul yığırlar. Bəs bu pul yığılması qanunidirmi ?
Bir məsələni qeyd edək ki, parkiqnlərin yeri və zonalarını BNA hazırlayır., rüsumları isə Nazirlər Kabinetinin qərarı ilə müəyyən ediləcək. Hələlik, belə bir zona bölünməsi , rüsumlar haqqında heç bir yenilik yoxdur. Ona görə, sürücülərdən 1 manat saatına pul tələb edilməsi qeyri-qanunidir. Üstəlik, yeni parkomat cihazlarını BNA -i quraşdıracağına görə , yeni parkomatlar müəyyən ediləcək tarifə görə çalışmalıdır. Tarif hələlik yoxdur. Bu baxımdan sizdın heç kim pul tıləb edə və ya sizə cərimə yaza bilməz. Əsas olan budur ki, siz səkidə, döngəyə 5 metrdən yaxın məsafədə, piyada keçidinin qarşısında, avtobus dayanacağına 15 metr məsafədə, əlavə məlumat lövhəciyi yoxdursa, yola çəpəki avtomobilinizi saxlamayın. “P” işarəsi olmasından asılı olmayaraq sizə cərimə yaza bilərlər. YHQ 53-cü maddə:
IV. Parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulu 7.6.1-7.6.9 əlavə məlumat nişanları ilə müəyyən edilir. Parklanma yerində nəqliyyat vasitələri yolun hərəkət hissəsinə paralel şəkildə parklanır. Yolun hərəkət hissəsinin eni nəzərə alınmaqla parklanma yerində nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarına bucaq altında parklanması nişanlama xətləri ilə müəyyən edilə bilər.
XII. Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən parklanma yerinin yerləşdiyi ərazi, parklanmanın müddəti və vaxtı nəzərə alınmaqla müəyyən edilir. Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitin istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
XV. Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən parklanma müddətindən asılı olaraq bu maddə ilə müəyyən edilmiş üsullardan biri vasitəsilə ödəniş edir.
© AvtoStop Jurnalı