5 C
Baku
Friday, March 29, 2024

Bakıda parklama qiymətləri artsa nələr baş verə bilər?

Dövlətə məxsus yeraltı parklanma yerlərində qiymətlərlə bağlı dolaşıq məlumatlar gəlir. Düşünürəm ki, indiki vaxtda həmin qiymətləri artırmaq və ya müxtəlif güzəştli xidmət zərflərini ləğv etmək çox ciddi səhv olar”. 

Bu sözləri ekspert Ərşad Hüseynov sosial şəbəkədə yazıb. O bildirib ki, hazırda əsas iki məqama diqqət edilməlidir:

Birincisi, Bakının küçə və prospektlərində parklanmalarla, o cümlədən qanunsuz parklanmalarla bağlı ciddi problem var. Bəzi yerlərdə bu səbəbdən hərəkət iflic olur, xaos və tıxac yaranır. Belə şəraitdə şəhərin mərkəzində parklanma yeri axtaran sürücüləri yeraltı parklanmalardan istifadəyə sövq etmək lazımdır. Elə güzəştli qiymətlər və həvəsləndirici şərtlər tətbiq etmək lazımdır ki, heç kəs həmin parklanmalardan istifadədə tərəddüd etməsin. Amma qiymətin qaldırılması və güzəşt zərflərinin ləğvi və ya ağırlaşdırılması bunun əksini edəcək: Belə olsa, indi oradan istifadə edənlərin xeylisi yuxarıda – mərkəzdəki küçə və prospektlərdə parklanma yeri axtaracaq. Belə yer isə yoxdur. Deməli, ikinci cərgədə və qadağan olunan yerlərdə parklananların sayı artacaq. Nə qədər sərt mübarizə aparılsa da, bu, qaçılmaz olacaq. Başqa sözlə, mərkəzdə parklanma xaosu bir az da artacaq.

parking pullu dayanacaq

İkincisi, qiymətlərin qaldırılması və ya güzəştli istifadənin ləğvi iqtisadi baxımdan da yanlışdır.Qeyd etdiyim kimi, bəzi adamlar həmin yerlərdən istifadə etməkdən imtina edəcəklər. Nəticədə yeraltı parklanma yerləri yarıboş qalacaq və təbii ki, daxilolmalar azalacaq.

Başqa əsaslar da gətirmək olar. Amma məncə, bu iki əsas kifayətdir ki, qiymətlərin nəinki qaldırılmasının, hətta azaldılmasının və güzəştlərin genişləndirilməsinin zəruriliyi aydın olsun. Məsələn, düşünürəm ki, oralardan mütəmadi sitifadə edənlərə təkcə biraylıq yox, hətta birillik zərf təklif etmək lazımdır, özü də elə qiymətə ki, onu 12 aya böləndə hər ayın haqqı indiki aylığın yarısı və ya üçdə biri qədər olsun. Həmin parklanma yerlərindən epizodik istifadə edənlər üçün də maraqlı həvəsləndirici ideyalar düşünmək lazımdır”.

Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər