Bakı Nəqliyyat Agentliyi(BNA) paytaxt küçələrində parklanmanın idarə edilməsi məqsədilə pilot layihənin icrasına start verib.
Agentlikdən verilən məlumata görə, ilkin olaraq, layihənin əhatə etdiyi Bəsti Bağırova, Məhəmməd Naxçıvani və onlarla kəsişən küçələrdə yenidənqurma işləri həyata keçirilməkdədir.
Yeni layihə əsasında uzunluğu 450 metr olan bu küçənin ideal səviyyəyə gətirilməsi üçün 6 yerdə eynisəviyyəli piyada keçidi təşkil ediləcək. Yaşayış binalarından başqa 1 xəstəxana, 1 kollec və 1 bağçanın da yerləşdiyi bu küçədə nəqliyyat axınının intensivliyi nəzərə alınmaqla 138 parklanma yeri təşkil ediləcək, parklanmanın idarə edilməsində müasir texnologiyalar tətbiq ediləcəkdir.
Küçədə hazırda tikinti-quruculuq işlərinin davam etməsini nəzərə alaraq sürücü və piyadalardan bu yolda daha diqqətli olmalarını və ərazidəki müvəqqəti çətinliyi anlayışla qarşılamalarını xahiş edirik. İşlərin 3 ay ərzində tamamlanması planlaşdırılır.↓