23 C
Baku
Tuesday, April 23, 2024

Bakıda qapalı avtobus dayanacaqları quraşdırıla bilər

Bakıda 300-ə yaxın yeni avtobus dayanacaqları quraşdırılaraq istifadəyə verilib.

Bunu açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, bu proses ictimai nəqliyyat infrastrukturunun yenilənməsi çərçivəsində həyata keçirilir:

 

“Xüsusən də avtobus dayanacaq pavilyonları yenidən qurulur. Ötən dövrdə Bakı Nəqliyyat Agentliyi tərəfindən şəhərin müxtəlif yerlərində 300-ə yaxın yeni dayanacaq pavilyonları qurulub. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətindən təhvil alınan təxminən 900-ə yaxın dayanacaq pavilyonunun 50%-i təmir edilib. Yəni, bu, davamlı prosesdir. Qapalı dayanacaqlara gəlincə isə hazırda belə bir plan yoxdur, amma gələcəkdə bunun mümkünlüyünü istisna etmirəm”.

©Trend

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər