14 C
Baku
Thursday, March 28, 2024

Bakıda Qazaxıstanın Ticarət Evi açılacaq

Bakıda Qazaxıstanın Ticarət Evi qeydiyyatdan keçib.

Bunu “Kazinform”a açıqlamasında Ticarət Evinin baş direktoru Rüfət Rzayev deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə Azərbaycan bazarında Qazaxıstanın qida və kənd təsərrüfatı məhsulları, istehlak malları, daha sonra isə yüngül və tekstil sənaye məhsulları nümayiş etdiriləcək: “Qazaxıstan Ticarət Evi mal və xidmətlərin təqdimatlarını, sərgiləri, işgüzar görüşləri təşkil edərək, iki ölkənin işgüzar dairələri üçün dialoq platforması rolunu oynayacaq”.

Ticarət Evinin baş direktoru əlavə edib ki, ölkələr arasında birbaşa uçuşlar bərpa olunduqdan sonra Qazaxıstanın məhsul tədarükçülərinin Bakıya gəlməsi və yerli tərəfdaşlar üçün malların sərgisi təşkil olunacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər