22 C
Baku
Thursday, May 2, 2024

Bakıda Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclası keçirilir

Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər iclası çərçivəsində Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclası keçirilir.

İclasa bir sıra ölkələrin xarici işlər nazirləri, o cümlədən Türkiyənin xarici işlər naziri Hakan Fidanın qatılması gözlənilir.

Qeyd edək ki, bu gün və sabah Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Koordinasiya Bürosuna üzv ölkələrin nazirlərinin iclası keçirilir.

Tədbirdə hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, yekun sənədlərin, o cümlədən Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər