24 C
Baku
Tuesday, September 27, 2022

Bakıda restoran və kafe cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə 2021-ci il noyabrın 26-də ölkə üzrə 384 ictimai iaşə obyektində 667 monitorinq keçirilib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 41d ünvanında yerləşən, fiziki şəxs Rüstəmov Xəyal Məqatil oğluna məxsus kafe;

2. Bakı şəhəri, Yasamal rayonu, Abbasov küç., ev 9m ünvanında yerləşən, fiziki şəxs Hüseynov Əli Rəşad oğluna məxsus “102 Xingalxana” restoranı.

Agentlikdən bilidirilir ki, aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Son xəbərlər
Oxşar xəbərlər