22 C
Baku
Friday, September 20, 2024

Bakıda restoranlar 6 ayda 700 mln. manatdan çox gəlir əldə ediblər

2024-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8% artaraq 708,1 milyon manat olub.

Banker.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən bildirilib.

Qeyd edilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 422,9 milyon manat olub ki, bu da ümumi dövriyyənin 59,7%-ni təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8% artaraq 1 milyard 30 milyon manat olub.

Son xəbərlər
Digər xəbərlər