3 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

Bakıda restoranlar cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il yanvarın 6-da ölkə üzrə 417 ictimai iaşə obyektində 731 monitorinq keçirib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi ‎rayonu, Şövkət Məmmədova küç., ev 7 ünvanında yerləşən, fiziki şəxs Hüseynzadə İsgəndər Hikmət oğluna məxsus restoran;

2. Bakı şəhəri, Səbail ‎rayonu, Nizami küç., ev 70 ünvanında yerləşən, fiziki şəxs Rəhimov Cabbar Nazim oğluna məxsus restoran;

3. Bakı şəhəri, Yasamal ‎rayonu, Parlament pr., ev 8A ünvanında yerləşən, hüquqi şəxs “ERA 2020” MMC-yə məxsus “Naxçıvan” restoranı;

4. Abşeron rayonu, Xırdalan şəhəri, H. Z. Tağıyev küçəsində yerləşən, fiziki şəxs Məmmədov Namiq Elxan oğluna məxsus dönərxana.

Son xəbərlər
Oxşar xəbərlər