Bakıda səfirin kartından pul oğurlanıb

Küveyt səfirinin külli miqdarda pulu naməlum şəxs tərəfindən oğurlanıb

Bakıda səfirin kartından pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin saytından verilən məlumata görə, dekabrın 8-də Azərbaycan Beynəlxalq Bankının Bank Fəaliyyətinin Təhlükəsizliyini təmin edən əməkdaşı Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək, iyun ayının 1-dən avqust ayının 18-dək olan müddətdə Küveytin Azərbaycandakı səfirinin bank kartından 22 484 ABŞ dollarının silindiyini bildirib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində pulun Küveyt səfirliyinin ictimai əlaqələr üzrə mütəxəssisi tərəfindən internet vasitəsi ilə oğurlanması müəyyən edilib.

Araşdırmalar aparılır.

Son xəbərlər
Digər xəbərlər