2022-ci ilin yanvar-aprel aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 23.7 mlrd. manat təşkil edib.
Banker.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadənən xəbər verir.
Məlumata görə, sənaye məhsulunun 85.1%-i mədənçıxarma, 12.7%-i emal, 1.8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0.4%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 90.7% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 94.9%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 5.1% təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 may 2022-ci il vəziyyətinə 272.3 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 82 mln. manat məbləğində digər məhsullar da mövcud olub.