12 C
Baku
Saturday, November 23, 2024

Bakıda sərnişindaşıma şirkətinə avtobuslarla bağlı göstəriş verildi

Paytaxtın Yasamal rayonu MİDA yaşayış kompleksindən metronun “Nəriman Nərimanov” stansiyasına doğru hərəkət edən doqquz nömrəli marşrut avtobusundan şikayət var.

Sərnişinlər bildirirlər ki, marşrut üzrə işləyən avtobusların sayı olduqca azdır və bu səbəbdən bəzən yarım saatdan çox gözləməli olurlar.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov məsələ ilə bağlı bildirib ki, hazırda 9 nömrəli marşrut xətti üzrə 10 avtobus sərnişindaşımaya cəlb edilib:

“Avtobuslar arasında interval isə 15-20 dəqiqə təşkil edir. İntervalın böyük olması yollardakı şəraitlə bağlıdır. Xüsusən günün pik saatlarında müşahidə edilən sıxlıq və tıxac halları da intervala mənfi təsir göstərir”.

T.Orucov vurğulayıb ki, sərnişin tələbatı nəzərə alınaraq, daşıyıcıya xəttə əlavə nəqliyyat vasitələrinin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər