6 C
Baku
Saturday, December 14, 2024

Bakıda sərnişindaşımada çatışmazlıq aşkarlanan 10 avtobus müsabiqəyə çıxarılıb

Daxil olan vətəndaş müraciətləri əsasında fəaliyyəti təhlil edilən və sərnişindaşımaların icrasında çatışmazlıqların olduğu aşkarlanan daha 10 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunur.

Banker.az müsabiqəyə çıxarılan 33, 50, 57, 77, 93, 104, 139, 149, 206 və 214 nömrəli müntəzəm marşrut xətləridir.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər.

Son xəbərlər
Digər xəbərlər