9 C
Baku
Sunday, November 17, 2024

Bakıda saxta spirtli içki satılan yer aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küç., ev 34, m.54 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Quliyev Zahir Cəfər oğluna məxsus topdan və pərakəndə satış müəssisəsində plandankənar yoxlama keçirib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Yoxlama zamanı mağazada satışı həyata keçirilən saxta spirtli içkilər müəyyən olunub. Aşkar olunmuş fakta bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. 70 ədəd 0,7 litrlik, 84 ədəd 0,5  litrlik və 73 ədəd 1 litrlik  “Organic Line” adlı saxta spirtli içki məhsulları götürülərək saxlanca verilib. Müayinələrin aparılması üçün məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Faktla bağlı araşdırmalar davam edir.

Son xəbərlər
Digər xəbərlər