Hər il yəqin ki, siz də14 Fevral tarixində sevdiyiniz şəxsi unikal hədiyyə ilə sevindirməyi düşünürsünüz. Bu gün “ikinci yarınıza” unuda bilməyəcəyi bir hədiyyə etməyin ən uyğun günüdür.
Four Seasons Hotel Baku-nun təklifi isə düşünməklə keçirdiyiniz vaxta qənaət etmək imkanı yaradır.
Bu təklif sizə tarixi nümunəmiz olan Qız qalasının qapılarını üzünüzə açmaqla başlayacaq. Belə ki, Four Seasons otelində sevgili cütlük üçün üçün ən dəbdəbəli – prezident nömrəsi hazırlanaq. Bundan əlavə təklifə dünyanın istənilən nöqtəsində olmanızdan asılı olmayaraq sizi evinizdən götürən limuzin və Bakıya birinci sinifli təyyarə bileti daxildir.
Qız qalasında kürü və şanpan ilə başlayan unudulmaz gecə Kaspia restoranında davam etdiriləcək. Gecəni daha da unudulmaz etmək üçün qonaqlara “24 əyarlı qızıl” masaj və süd vannası təklif ediləcək.
Bütün bu dəbdəbə paketinin dəyəri isə nə az, nə çox 100 000 AZN-dir.