26 C
Baku
Saturday, July 27, 2024

Bakıda şirkət rəhbərinə qarşı dələduzluq edildi

Bakıda işçisi tərəfindən ona dələduzluq edildiyini bildirən “Pegasus” MMC-nin rəhbəri Aydın Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edib.

Şirkət rəhbəri bildirib ki, MMC-də kuryer vəzifəsində işləyən 1986-cı il təvəllüdlü R.Quliyev 15 910 manat pulu kassadan yayındıraraq mənimsəyib.

Onun iddiasına görə, R.Quliyev pulu müvafiq olaraq ötən ilin dekabrından bu ilin iyul ayınadək müddətdə hissə-hissə ələ keçirib. İşçisinin xeyli miqdarda vəsaiti ələ keçirdiyini  bir neçə gün əvvəl müəyyənləşdirdiyini bildirən “Pegasus”un rəhbəri məsələ ilə bağlı şikayət ərizəsi yazıb.

Hazırda müraciətlə bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, “Pegasus” MMC beynəlxalq poçt xidmətləri fəaliyyəti ilə məşğul olur.

Son xəbərlər
Digər xəbərlər