Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə obyektlərində reydlər aparıb.
Banker.az xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyev 82 ünvanında yerləşən, hüquqi şəxs “Alişan” şirkətinə məxsus “Alp inn” mehmanxanasının tərkibində yerləşən restoranda pozuntular aşkar edilib.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib.