10 C
Baku
Wednesday, December 11, 2024

Bakıda şirkət rəhbəri 745 min manat ələ keçirib

Bakıda fəaliyyət göstərən Türkiyənin “Azinfo Dış Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialının rəhbəri, 1982-ci il təvəllüdlü Əliniyazzadə Pərviz Əlimurtuza oğlu barəsində hüquq-mühafizə orqanlarına müraciət edilib.

Şirkətin rəhbəri Öztanlılar Eşref Hakan bir neçə gün əvvəl məktubla müraciət edərək bildirib ki, 2016-2023-cü illər ərzində P.Əliniyyazzadə və ətrafındakı şəxslər şirkətə məxsus olan 745 135 manat pulu mənimsəyərək ələ keçirib.

Türkiyəli biznesmen həmin şəxslərin məsuliyyətə cəlb edilməsini və barələrində hüquqi tədbirlərin görülməsini xahiş edib.

Qeyd edək ki, bir neçə ay əvvəl “Azinfo Dış Ticaret Anonim” şirkəti özü də bəyanat yayaraq P.Əliniyyazzədnin fırıldaqçılıq etdiyini və şirkətin tərəfdaşlarının bunu nəzərə almasını elan edib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər