13 C
Baku
Friday, November 22, 2024

Bakıda şirkətdən 8 min manatlıq oğurluq olub

Bakıda şirkətdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə M.Müşfiq küçəsində yerləşən su şirkətinin ofisindən 8450 manat dəyərində 5 ədəd su süzgəcinin oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elmar Babayev, Anar Kuliyev və Göyçay rayon sakini Hilal Salmanov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər