Bakıda “RİCH S.A” MMC-nin yarım milyon manatdan çox pulunu mənimsəmədə təqsirləndirilən Tamilla Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Tamilla Əliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Tamilla Əliyeva paytaxtda fəaliyyət göstərən “RİCH S.A” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) işçisi olub.
Tamilla Əliyeva şirkətin yarım milyon manatını mənimsəyib. Ona Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.