Təhlükəsizlik məqsədilə skuterlər yalnız velosiped zolaqları ilə 25 km-dən çox olmayan sürətlə hərəkət edə bilərlər. Yol kəsişmələrində isə sürət saatda 15 km keçməməlidir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Skuter icarəsi üçün hazırlanan tətbiqlərdə sürət həddinə nəzarətlə bağlı funksiyalar yaradılıb.
Yaxın vaxtlarda isə parklarda və digər ictimai yerlərdə skuterlərin hərəkətinin məhdudlaşdırılması üçün funksiya aktiv olacaq. Müəyyən edilmiş sürət həddi aşıldıqda və ya skuterlər qadağan olunmuş zonaya daxil olmaq istədikdə nəqliyyat vasitəsinin hərəkəti bloklanacaq”.