Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə “KazMunayQaz”ın İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyev arasında görüş keçirilib.
Bu barədə Qazaxıstan şirkəti məlumat yayıb.
Bildirilib ki, tərəflər ikitərəfli əməkdaşlıq, o cümlədən Transxəzər infrastrukturunun inkişafı sahəsində şirkətlər arasında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.