8 C
Baku
Friday, December 13, 2024

Bakıda taksidən istifadə 14% azalıb

Azərbaycanda taksi xidməti sahəsində aparılan islahatlar nəticəsində Bakıda taksi səfərlərinin sayı təxminən 14% azalıb.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Azərbaycanda mobilliyin transfirmasiyası proqramı”nın təqdimatında bildirib.

“Təhlillər onu göstərir ki, xüsusilə taksi ilə metroya və yaxud metrodan edilən səfərlərin sayı ciddi azalıb. Qısa məsafəli səfərlərin azalması hesabına ortalama səfər məsafəsi 8.5 km-dən 10 km-ə çatıb. Həmçinin avtobuslarla gündəlik daşıma sayı 100 min nəfər artaraq 1 milyon 600 minə çatıb”, – deyə o qeyd edib.

Bundan başqa, nazir müavini bildirib ki, taksi sifarişi operatorları icazə əsasında fəaliyyət göstərməyə başlayıb, vətəndaşlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi üçün taksi sürücləri təlimlərə cəlb edilib: “AYNA-nın Təlim-Tədris Mərkəzində keçirilən təlimlərə bu günə qədər 14 mindən çox sürücü müraciət edib. Onlardan 11 mindən çoxu təlimlərdə iştirak edib. Amma bu məsələnin tam həlli deyil. Növbəti ilin əvvəlində taksi nəqliyyat vasitələrinə texniki tələblər tətbiq ediləcək. Hazırda tələblərin təsdiq edilməsi son mərhələdədir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər