Azərbaycanın biznes sektorunda elektronika və məişət texnikası sahəsində fəaliyyət göstərən iki məhdud məsuliyyətli cəmiyyət — “Smart Vorld Elektroniks 2024” və “GEEPAS Azərbaycan” ləğv olunduqlarını elan ediblər.
Banker.az xəbər verir ki, hər iki şirkətin ləğvi ilə bağlı kreditorlar öz tələblərini iki ay ərzində AZ1073, Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, ev 115, mənzil 15a ünvanına təqdim edə bilərlər.
100 AZN nizamnamə kapitalı ilə təsis edilmiş “Smart Vorld Elektroniks 2024” MMC-nin qanuni təmsilçisi Samir Qəhrəmanov Mustafa oğludur. Eyni nizamnamə kapitalına malik olan “GEEPAS Azərbaycan” MMC-nin qanuni təmsilçisi isə İdrak Əmirov Ənvər oğludur.






