Bakıda tanışlığın yeni metodu aşkarlanıb. Kreativ düşüncəli gənclər ölkənin milli atributu olan pul əskinaslarının üzərinə tanışlıq mesajları və telefon nömrələri yazaraq onların əks cinsin nümayəndəsinə çatacağına ümid edirlər.
Tanışlıq məqsədilə üzəri yazılan həmin əskinazlar əsasən marketlərdə alış-veriş zamanı, eləcə də nəqliyyatda gediş haqqı olaraq ödənilir. Bununla pulun üzərinə nömrəsini yazan şəxslər onun daha çox kütləyə çatacağına və aralarndan kimisə maraqlandıracağına ümid edirlər.