27 C
Baku
Monday, July 8, 2024

Bakıda Tapança və bıçaqla silahlanmış şəxs pulları aparıb

Tapança və bıçaqla silahlanmış şəxs pulları aparıb.

Yanvarın 14-də Bakıda quldurluq hadisəsi baş verib.

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saat 19 radələrində tapança və bıçaqla silahlanmış naməlum şəxs Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC-nin Sabir küçəsi70 ünvanında yerləşən 31 saylı poçt şöbəsinə basqın edib. Silahlı şəxs şöbənin əməkdaşlarını hədələyərək pul tələb edib. O, poçt şöbəsində olan 300 manata yaxın pulu götürərək aradan çıxıb.

Faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər