14 C
Baku
Saturday, November 23, 2024

Bakıda tıxacı azaldacaq yolun tikintisinə başlanıldı

Böyükşor–Pirşağı avtomobil yolunun tikintisinə start verilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması və nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq yeni Böyükşor–Pirşağı avtomobil yolunun uzunluğu 12,7 km-dir.

Yeni avtomobil yolu altı hərəkət zolağından ibarət olacaq. Yol başlanğıcını Böyükşor gölündən götürməklə Məmmədli və Kürdəxanı qəsəbələrindən keçib, Pirşağı qəsəbəsinə qədər uzanacaq.

Qeyd edək ki, yolun istifadəyə verilməsi ilə paytaxtda ən sıx və təbii tıxacların yaşandığı Bakı-Sumqayıt yolunda və Zabrat-Sabunçu yolunda vəziyyətin nisbətən yaxşılaşması proqnozlaşdırılır.

385544822 1683641618778977 1769901574768964497 n 11712219800 21712219800 31712219801 41712224487

Son xəbərlər
Digər xəbərlər