Bakıda daha bir istiqamətdə yeni yol salınacaq.
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, sıxlığı azaltmaq məqsədilə icra olunacaq bu layihə, şəhərin qərb çıxışı ilə mərkəzi hissələrini birləşdirən strateji bir yol qovşağı olacaq.
Bakı dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirəcək yeni yol bu istiqamətdə sıxlığın azalmasına imkan verəcək.
Nəqliyyat eksperti Ərşad Hüseynov deyir ki, yol çəkilərkən həmin ərazidə yerləşən bir çox tikililər sökülməli olacaq:
Qeyd edək ki, bu yol “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan 24 layihədən biridir.






