4 C
Baku
Wednesday, January 14, 2026

Bakıda torpaq bazarında fantastik qiymətlər

1 sotu 1 miyon 300 min manat… Bakıda fantastik qiymətə torpaq sahələri təklif edilir…

Paytaxtın mərkəzi zonalarında torpaq sahələri rekord qiymətlərlə təklif olunur. Bu ərazilərdə torpağın bir sotu bəzən mənzil və ya villa qiymətini də geridə qoyur.

Bu sözləri Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, xüsusilə Əziz Əliyev küçəsi, Fəvvarələr Meydanı kimi ərazilərdə torpaq sahələrinin ümumi dəyəri milyon manatın üzərində olur.

Paytaxtın digər prestijli nöqtələrində isə bir sot torpağın qiyməti belə formalaşır. Belə ki Neftçilər prospekti, Yeni Bulvar – 600 min – 650 min manat, Teymur Əliyev küçəsi – 400 min – 450 min manat, Həsən Əliyev küçəsi – 400 min – 450 min manat, Yusif Səfərov küçəsi – 500 min manat, Atatürk prospekti – 400 min manat, Hüseyn Cavid prospekti – 400 min – 450 min manat, Ağ şəhər – 500 min – 550 min manat aralığında təklif edilir.

Lakin ekspert deyir ki, hazırda adıçəkilən ərazilərin əksəriyyətində satış üçün torpaq demək olar ki yoxdur.

Mütəxəssis deyir ki, sözügedən ərazilərdə qiymətlər daha da artacaq. Buna səbəb isə həm torpaq, azlığı həm də yeni infrasturktur dəyişikliyidir. Bakı ətrafında torpağın baha olduğu ərazilər sırasında isə Mərdəkan xüsusi yer tutur – burada bir sot torpaq 35 min manata, Bilgəhdə isə 30 000 – 40 000 manat civarına təklif olunur.  Xüsusilə sahilyanı zonalarda, torpaq qiymətlərinin 100 min manata qədər yüksəlir.

Son xəbərlər
Digər xəbərlər