6 C
Baku
Sunday, December 15, 2024

Bakıda türkiyəli iş adamı məhkəməyə verildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Üzrə Baş İdarəsi pərdə şirkəti olan “As Design Pərdə” MMC-ni məhkəməyə verib.

İşə Bakı Kommersiya Məhkəməsində baxılacaq.

Araşdırmalarımız zamanı məlum olub ki, şirkətin hazırda 2454.82 AZN vergi borcu var.

“As Design Pərdə” MMC 14 sentyabr 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 25 AZN-dir. Şirkətin qanuni təmsilçisi Ebubekr Gunerdir.

Ebubekr Guner Türkiyə vətəndaşıdır. Şirkətin sahibi də özüdür.

O, ötən il vergi borcuna görə məhkəməyə verilib. Həmin vaxt sahibi olduğu şirkətin 5 954. 79 AZN vergi borcu olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Üzrə Baş İdarəsi xüsusi icraat qaydasında təqdim etdiyi ərizədə türk iş adamının ölkədən çıxışına məhdudiyyət qoyulmasını istəyib.

Son xəbərlər
Digər xəbərlər