Rəqəmsal transformasiya tək bir fərdin və ya qurumun rəqəmsallaşması kimi anlaşılmamalıdır. Rəqəmsal transformasiya infrastruktur səviyyəsində dəyişiklikdir. Bu sadəcə istehsal üsullarımızı avtomatlaşdırmaq və hesabatlarımızı kompüterlərə ötürməklə əldə edilə bilinəcək bir şey deyil. Həyat tərzimizi, ünsiyyət vasitələrimizi, ictimailəşməyimizi, iş tərzimizi, istehsalımızı, elmimizi, düşüncə metodlarımızı, əyləncəmizi və hətta ənənələrimizi dəyişdirəcək yanaşmalar yaradan bir inqilabdır.
Şəxslər və qurumlar belə geniş miqyaslı transformasiyalardan birlikdə təsirlənəcəkdir. Başqa sözlə, istər fərdi, istərsə də qurum olaraq deyil bütöv bir cəmiyyət olaraq rəqəmsal transformasiya keçəcəyik.
Təlimçi Dr. Vedat Güvən.
Təlimin tərkibi:
- Rəqəmsal transformasiya nədir?
- Texnoloji inkişaf haradan haraya gəlib?
- Transformasiya etməsək nə baş verə bilər?
- Müxtəlif iş Modelləri;
- Transformasiyanın ən önəmli hissələri:
- İnnovasiya, Big Data, Bulud sistemləri, Süni İntellekt, IoT, 5G, AR/VR, 3D Printing;
- Fintech-lər və APİ-lar, Blockchain.
- Kiber təhlükəsizliyin izahı;
- Yaxın gələcəyin təsviri;
- Effektiv yol planı:
- Transformasiya necə edək?
- Uğurlu/Uğursuz layihələr.
Tədbir 6 mart 2020 tarixində keçiriləcəkdir.
Tədbirdə iştirak qiyməti: 280 AZN ( 3 nəfər və artıq şəxs bir yerdə qeydiyyatdan keçdikdə 250 AZN)
Təlimin sonunda sertifikatlar təqdim olunacaq.
Ətraflı məlumat üçün: 050 206 03 95
Qeydiyyat üçün aşağıdakı məlumatları doldurmanız tələb olunur:
[contact-form-7 id=”233860″ title=”Masterclass”]