13 C
Baku
Bazar, Noyabr 28, 2021

Bakıda uşaqlar üçün peşə şəhərciyi açıldı – Fotolar

“Dəniz Mall” ticarət mərkəzində yerləşən “Kinderland” – Uşaq Əyləncə şəhərciyi açılıb.

Banker.az xəbər verir ki, ümumi sahəsi 5000 m² olan Kinderland küçələri, mağazaları, teatrı və xüsusi valyutası olan gerçək bir şəhəri xatırladır. Bu şəhər 4-14 yaş arası uşaqlar üçün nəzərdə tutulub və bütün uşaqların əylənməsi üçün 60-dan çox real həyat fəaliyyətləri ilə əyləncə və təhsili özündə cəmləşdirir.

Burada 4-14 yaş arası uşaqlar 60-dan çox peşəni təcrübədən keçirə bilərlər. Onlar həkim, yanğınsöndürən, alim, aktyordan səyahət agentinə qədər müxtəlif peşələrin sahibi ola bilərlər.

Qeyd edək ki, Kinderland Caspian Entertainment şirkətinin layihəsidir. Valideynlər Kinderland ərazisindəki kafe və restoranlarda dincələ bilərlər. Mərkəz normal şəraitdə 900 -ə qədər uşaq və valideynləri qəbul etmək imkanına malikdir.

“Kinderland” layihəsinin tərkib hissəsi kimi ilk dəfə ticarət mərkəzində əsl “Airbus A319” təyyarəsinin korpusu 30 metr hündürlükdə quraşdırılıb. Təyyarədə uşaqların təlimi üçün peşəkar uçuş simulyatorları quraşdırılıb və bunların köməyi ilə uşaqlar müxtəlif istiqamətlərdə virtual uçuşlar həyata keçirəcəklər.

Mərkəz təhlükəsizlik tədbirlərini nəzərə alır və girişdə valideynlərə və uşaqlarına xüsusi bilərziklər verilir. Valideynlər onların köməyi ilə monitorlar vasitəsilə uşaqlarının hansı zonada olduğunu öyrənə bilərlər.

Kinderland həftə içi 12:00 -dan 21:00-dək və həftə sonları 11:00-dan 22:00-dək açıqdır. Bazar ertəsi qeyri-iş günüdür.

Şəhərciyə giriş uşaqlar üçün 20 manat (həftə içi) və 25 (həftəsonu) manatdır, böyüklər üçün isə 8 manatdır.

1 2 3 4 5 1 6 1 7 1 8 1

 

Son xəbərlər
Oxşar xəbərlər
X