3 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Bakıda və Gəncədə restoran və kafelər cərimələndi – Siyahı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinin icrasına nəzarət məqsədilə  2021-ci il dekabrın 2-də ölkə üzrə 400 ictimai iaşə obyektində 690 monitorinq keçirilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov küç., ev 7 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Xəyyam Hüseyn oğluna məxsus “Mayak” restoranı;

2. Bakı şəhəri, Binəqədi‎ rayonu, Əhməd Rəcəbli küç., məh. 3103 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Nuru Zərbəli oğluna məxsus restoran;

3. Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küç., ev 21 ünvanında yerləşən, fiziki şəxs Kərimov Elnur Rza oğluna məxsus dönərxana;

4. Gəncə şəhəri, Dədə Qorqud küç., ev 11D ünvanında yerləşən, fiziki şəxs Kərimov Etibar Abbas oğluna məxsus “Söyüdlük” kafesi;

5. Gəncə şəhəri, Dəmiryol parkının ərazisində yerləşən, fiziki şəxs Hüseynov Maarif oğluna məxsus kafe.

Son xəbərlər
Oxşar xəbərlər