1 C
Baku
Cümə, Yanvar 21, 2022

Bakıda və Gəncədə restoranlar cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2021-ci il dekabrın 1-də ölkə üzrə 399 ictimai iaşə obyektində 697 monitorinq keçirilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar

Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Yasamal ‎rayonu, Azad Mirzəyev küç., ev 324G, 583-cü məhəllədə yerləşən, fiziki şəxs Sadıqov Fərda Zəki oğluna məxsus kafe;
2. Bakı şəhəri, Xətai ‎ rayonu, Qaçaq Nəbi küçəsi 4 ünvanında yerləşən, fiziki şəxs Qarayev Əli Nazim oğluna məxsus “Paşa” restoranı;

3. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küç., ev 134 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Elvin Elşad oğluna məxsus “Niaqara” restoranı;

4. Gəncə şəhəri, Nizami rayonu, Xəlil Şeyxzamanov küç., ev 21 ünvanında yerləşən, fiziki şəxs Süleymanov Ruslan Məmmədəli oğluna məxsus restoran;

5. Gəncə şəhəri, Atatürk pr., ev 82 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Hüseynqulu Yunis oğluna məxsus “Altunay” restoranı;

6. Gəncə şəhəri, Nəriman Nərimanov prospektində yerləşən, fiziki şəxs Əhmədov Emin Tapdıq oğluna məxsus dönərxana.

Son xəbərlər
Oxşar xəbərlər