13 C
Baku
Friday, November 22, 2024

Bakıda vətəndaşın 25 min manat pulunu oğurlayan şəxs saxlanılıb

Bakıda 25 min manat pul qeyri-aşkar şəraitdə oğurlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 25-də Nərimanov rayonu ərazisində bir nəfərin 25.000 manat pulunun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Ağstafa rayon sakini Elfaq Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər