13 C
Baku
Friday, April 19, 2024

Bakıda V İnvestorlar Yarmarkası keçiriləcək

Azərbaycana xarici investorları cəlb etmək və mikromaliyyə sahəsində mövcud olan yeni xidmət sahələrini təqdim etmək məqsədilə oktyabrın 6-da Bakıda V İnvestorlar Yarmarkası keçiriləcək.

Bu barədə Azərbaycan Mikromaliyyə Assosiasiyasından verilən məlumatda bildirilir.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək tədbirdə mikromaliyyə, ixtisaslaşmış maliyyə ekspert və şirkətləri, beynəlxalq investorlar və texniki xidmət təminatçılarının şirkətləri, bank olmayan kredit təşkilatları və banklar, lizinq təşkilatlarının da iştirakı gözlənilir. Bundan əlavə, ikinci hissədə maliyyə institutları ilə investorların və xidmət təminatçılarının yarmarka formatında görüşləri planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər